Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey xüsusi Mustang düzəldib

“Hennessey” tüninq barədə bilgiyə malikdir. Şirkətin şüarlarından biri belədir: “Biz sürətli avtomobili daha sürətli edirik”. Tüninq şirkətinin yeni yaradıcılığı – “Mustang HPE800 25 Anniversary Edition”-dır. Adından da göründüyü kimi, o, “Hennessey”-nin 25 illik yubileyi münasibətilə düzəldilib.

Yubiley üçün istehsal edilən avtomobillər bir neçə cür olacaq və onların çoxu 25 ədəd tirajla buraxılacaq. Bu, yuxarıda şəkildə gördüyümüz qara “Mustang”-la da baş verəcək.

O, 5-litrlik V8 ilə yanaşı, təkmilləşdirilmiş kompressor, yeni injektorlar, ən yaxşı yanacaq nasosu və mühərrikin proqramında dəyişikliklə də lovğalana bilər. Aerodinamikanı təyin edən xırda detallar da dəyişilib. Buraya 20-düymlük təkərlər (böyük, enli və yüngül) və 15-düymlük diskləri olan “Brembo” əyləc sistemi də əlavə edilib.

Ən yaxşısı isə gücün olmasıdır – 800 a.g. və 878 Nm. Yerindən 100 km/saata sürətlənmə 3,3 saniyədir. Maksimal sürət isə 334 km/saatdır.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang, Hennessey 29.06.2016

Şərhlər


AD