Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati sedan Quattroporte-ni təkmilləşdirib

Altıncı nəsil sedan “Maserati Quattroporte”-nin debütündən 3 il sonra italiyalılar bu modelin restaylinq edilmiş variantını hazırladılar. O, bu ilin sentyabrında Paris avtosalonunda təqdim ediləcək. Düzdür, 2017-ci il “Maserati Quattroporte”-ni əvvəlki versiyadan fərqləndirmək elə də asan deyil.

Bamperlər, radiator barmaqlığı, yan ətəklər və ətraflardakı arxa görünüş güzgüləri bir qədər dəyişib. Radiator barmaqlıqlarının arxasında fəal örtük peyda olub ki, o, aerodinamik müqaviməti 10% azaldıb.

Bu, həmçinin yanacaq sərfiyyatını da bir qədər azaldıb (düzdür bu, belə avtomobilin sahiblərini o qədər də maraqlandırmır).  Yeni “Maserati Quattroporte”-nin salonunda 8,4-düymlük ekranı olan multimedia sistemi var ki, o, “Apple CarPlay” və “Android Auto”-nu dəstəkləyir.

Bundan əlavə, mərkəzi konsoldakı düymə bloku da yenilənib. Sedanın texniki hissəsi isə dəyişməz qalıb.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Quattroporte 23.06.2016

Şərhlər


AD