Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus ən sürətli kabriolet təqdim edib

“Brabus” tüninq-atelyesi kabriolet “Mercedes-AMG S63 Cabrio” üçün ən güclü modifikasiya təqdim edib. Avtomobil “Le-Mans 24 saat” yarışı zamanı təqdim ediləcək.

Tam ötürücülü avtomobil 5,9-litrlik V8 benzin mühərriki alıb (avtomobil standart versiyada 5,5-litrlik aqreqatla təchiz olunur). Mühərrik 838 a.g. və 1450 Nm fırlanma anına malikdir. Beləliklə, model dünyada ən güclü və sürətli kabriolet olub. Mühərrik 7-pilləli avtomat sürət qutusu ilə təchiz edilib.

Avtomobil 0-dan 100 km/saata 3,5 saniyəyə sürətlənir, maksimal sürət isə 350 km/saatdır. Yenilik 15 mm-lik klirensə, 21-düymlük təkər disklərinə və eksteryerində bir sıra yeni elementlərə malikdir.

Xatırladaq ki, baza variantında olan kabriolet “S-Class” Mercedes-in ilk 4-yerli avtomobilidir ki, onun damı 1971-ci ildən açılır. Açılan dam elə hazırlanıb ki, avtomobilin dizaynı “S-Class Coupe”-ə bənzəyir.

AUTO.AZ



Şərhlər


AD