Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Changandan “Sürət Tutqunu” müsabiqəsi

Mediacom Azerbaijan – Banner reklam agentliyi Changan Azərbaijan  üçün növbəti möhtəşəm bir layihəni uğurla həyata keçirmişdir. Changan Azerbaijan Facebook səhifəsində “Sürət Tutqunu” müsabiqəsi çərçivəsində eyniadlı oyun (application) hazırlanaraq səhifə istifadəçilərinə təqdim olunmuşdur.

Oyun 2D qrafika ilə HTML formatda hazırlanmışdır. 10 mart-10 aprel tarixlərində keçirilən bu müsabiqə istifadəçilər arasında böyük marağa səbəb olmuşdur.  Oyun 3 mərhələdən ibarət olmaqla, 3 Changan modeli və hər model üçün 3 rəng seçimi imkanı ilə təmin olunmuşdur.

Oyunun əsas prinsipi start xəttindən sonadək Changan avtomobilini idarə etmək, qarşılaşdıqları maneələrə baxmayaraq finiş xəttinə maksimal qısa zaman ərzində çatmaq idi. Müsabiqənin əsas məqsədi Changan fanatlarının modellər haqda məlumatlandırılması və avtomobillərin populyarlığının artırılması idi.

Müsabiqə çərçivəsində oyun 189 istifadəçi tərəfindən 2245 dəfə oynanılmışdır. Nəticədə müsabiqənin qalibi  Cavad Salmanlı seçilmişdir. O, Changan Azerbaijan tərəfindən Çinə səyahət paketi əldə etmiş və hal-hazırda Pekin şəhərinin gözəlliklərindən zövq almaqdadır.

Changan Azerbaijan FB səhifəsi: https://www.facebook.com/changanazerbaijan/



teqlər:
Changan 13.06.2016

Şərhlər


AD