Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Ferrari 488 GTB-ni təkmilləşdirdi

Superkarlar dünyasında məşhur olan “Novitec”, xüsusən də onun “Ferrari”-də ixtisaslaşmış “Rosso” bölməsi “488 GTB”-ni təkmilləşdirib. Onsuz da qüvvətli olan turbo-ikiqapılı daha da güclü, - təsəvvür edin, - daha cəld olub. Tüninq olunmuş kupe ilk yüzlüyü 2,8 saniyəyə (0,2 saniyə daha tez) yığır, maksimal sürəti isə 342 km/saatdır (12 km/saat əlavə edilib).

Turbinlər, yanacaq sıçratma və yandırma üzərində iş aparmaqla atelye 3,9-litrlik V8-ə 772 a.g. və 892 Nm fırlanma anı bəxş edib (baza variantda o, 670 a.g. və 760 Nm idi). Bildirirlər ki, mühərrik daha həssas və sürətlənmədə daha yaxşı olub. İnanırıq. Bundan əlavə, “Novitec”-də yeni qazburaxma sistemi də hazırlayıblar.

Hidravlik elementləri olan asılqan klirensi 40 mm aşağı salıb, “488 GTB”-nin “sadə” təkərləri isə arxa və qabaq hissələrdə müvafiq olaraq 255/30 və 325/25 ölçülərində “Pirelli” şinləri olan 21-düymlük döymə disklərlə əvəz edilib. 22-düymlük disklər də sifariş oluna bilər. Salon müştərinin istəyinə uyğun olaraq salonu da müxtəlif cür bəzəyə bilər.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 488 GTB, Novitec 11.06.2016

Şərhlər


AD