Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dahler tüninqində kupe BMW M2

Tüninq-atelye “Dahler” kompakt kupe “BMW M2” üzərində işləyib. İsveçrəlilər avtomobilin kapotu altında M4-dən “altılıq” quraşdırıblar. Çox güman ki, bu, güc baxımından N55-lə müqayisədə ən potensiallı S55 mühərrikidir.

Bununla yanaşı, M2 mühərrikini təkmilləşdirmək üçün tünerlər 6-silindrli mühərrikin birini digəri ilə əvəz ediblər və bundan sonra “BMW M2”-nin gücü 540 a.g. və 730 Nm fırlanma anı olub. Nəticədə “Dahler”-dən olan M2 versiyası 0-dan 100 km/saata 4 saniyədən az vaxta sürətlənir və maksimal olaraq 320 km/saat yığır.

Bundan əlavə, tünerlər M2-ni 8-porşnli supportları və 400 millimetrlik diskləri olan yüksək məhsuldarlı əyləc sistemi, asmada tənzimlənən koylover sistemi, paslanmayan poladdan idman qaz buraxma sistemi və qabaq spoylerlə təchiz ediblər. Müştərilər, həmçinin arxa palçıq qoruyucu və unikal 20- və 21-düymlük yüngülləşdirilmiş tökmə disklər sifariş edə bilərlər.

AUTO.AZ



teqlər:
BMW, BMW M2, Dahler 10.06.2016

Şərhlər


AD