Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes E-Class universal olub

Biz çətin ki, yollarda belə “Mercedes” görək, ancaq istərdik – buyurun, universal görünüşlü yeni nəsil “E-Class”. Görürsünüz, necə geniş və şuxdur?
Görək “Mercedes-Benz” dizayn cəhətdən yeni saray düzəldə bilibmi?

Gəlin, sizə mühüm rəqəmlər barədə məlumat verək: modelin 670 litrlik baqajı var, arxa oturacaqlar yığıldıqda isə o, 1820 litr olur. Öz sinfi üçün çox yaxşıdır. Daha bir maraqlı fakt: “E-Class” əvvəlki kimi yenə də üç sıralı ola bilər. Söhbət uşaqlar üçün bir cüt oturacaqdan gedir. Bu oturacaqlar baqajın döşəməsində gizlənir. Yeddi yerli universal krossoverlərdən bir neçə saniyəliyə düşünməməyə imkan verir – niyə də olmasın?

Əlbəttə, burada pnevmoasma üçün lüks detallar da var: yüklənmiş avtomobilin avtomatik eyni səviyyəyə gətirilməsi (yeri gəlmişkən, borta 750 kq yükləmək olar, lakin avtomobil 2100 kq darta bilir) və “S-Class” ruhunda salon.

Yenilik, həmçinin sürətlidir. “Mercedes-Benz” bu gün yeni AMG E43 təqdim etdi. İki dəfə turbolaşdırılmış 3-litrlik V6 400 a.g.-ə və arxa ötürücüyə malikdir. Bu, 100 km/saata 4,7 saniyəyə sürətlənmək deməkdir - əladır, elə deyilmi? Qarşıda bizi mükəmməl AMG variantı gözləyir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class 09.06.2016

Şərhlər


AD