Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni nəsil A5-in sirrini açdı

BMW və Mercedes C-coupe “dördlükləri” kənara çəkilin – Audi yeni nəsil ikiqapılı A5 istehsal etdi. Özü də S-versiyası ilə. A4 (MLB platforması) bazasında yığılmış yeniliyin təkər bazası böyüdülüb, lakin 60 kq çəki atıb.

A5 mühərrik qammasında iki benzin və 3 dizel mühərriki (190-dan 286 a.g.-ə qədər) alıb. Onlar ya 6-pilləli mexaniki, ya da 7-pilləli robot sürət qutusu ilə birgə işləyirlər, o cümlədən ya qabaq, ya da arxa ötürücüyə malikdirlər.

Düzdür, ən zəhmli dizel (6-silindrli, 286 a.g.) 8-diapazonlu avtomatla işləyir – bu, sələfindən bir qədər güclü alınan yeni S5-də də belədir. Burada 354 a.g. olan benzin turbo-“altılıq”dan istifadə edilib ki, tam ötürücülü belə model 100 km/saatı 4,7 saniyəyə yığır.

Texniki cəhətdən maraqlı detallar arasında adaptiv amortizatorlar, yeni gücləndiricisi olan fəal sükan və elektron idarəetməli muftası olan tam ötürücü “quattro ultra” sistemi də var. Dizayna gəldikdə isə belə demək olar: yalnız profildən yeni model əvvəlki A5-i xatırladır. Qalan hissələrdə isə markanın indiki üslubu ilə yeni ştrixlər qarışığıdır.

Opsiyalarda da vəziyyət eynidir – burada 12,3-düymlük displeyi olan dəbli cihazlar paneli, təkmilləşdirilmiş və internetə çıxışı olan “MMI” multimedia sistemi, telefonlar üçün simsiz enerji doldurma sistemi və sürücüyə yardım edən bir sıra yeniliklər (əyləcə nəzarət, avtoparlaman, kruiz-kontrol) var.
Yeni nəsil Audi A5-i payızda keçiriləcək avtoşouda almaq olar.

AUTO.AZ



teqlər:
Audi, Audi A5 08.06.2016

Şərhlər


AD