Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Miniven Opel Zafira təkmilləşdirilib

Təkmilləşdirilmiş “Zafira”-nın ötən həftə internetə sızmış şəkilləri bu gün rəsmi yayımla təsdiqini tapdı – “Opel” venə yeni opsiyalar siyahısı əlavə etməklə onu daha da gözəlləşdirdi.

Markanın yeni üsluba keçməsi “Zafira”nın asılqanı, radiator barmaqlığı və optikası üçün yeni dizayn deməkdir. Salon sükanın və cihazlar panelinin dəyişməsi hesabına yenilənib. Bundan əlavə, burada 7-düymlük taçskrin, “Apple” və “Andriod”ləri dəstəkləyən ən son model multimediya sistemi “IntelliLink” peyda olub. Bütün bunlara “Wi-Fi” çıxışı da qoşulub.

Təchizatda bütün bu maraqlı yeniliklərə təhlükəsiz idarəetmə sistemi də əlavə edilib. Buna hərəkət nişanlarını tanıma, qabaq toqquşma barədə xəbərdarlıq, ətrafa nəzarət sistemləri və adaptiv kruiz-kontrol daxildir.

Modelin mühərrik qammasının sirri açılmayıb, lakin “Opel”-dən bildiriblər ki, ven benzin, dizel və qaz ilə işləyən zəngin mühərrik dəstinə malik olacaq. Yeni “Zafira” xarici dilerlərə payızda çatacaq.

AUTO.AZ



teqlər:
Opel, Opel Zafira 07.06.2016

Şərhlər


AD