Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yenilənmiş 3 GT təqdim edib

Ötən il adi sedan “3-Series”-i, o cümlədən universalı və M3-ü təkmilləşdirən “BMW” bu gün hetçbek “Gran Turismo”-nun yeni versiyasını təqdim edib.
Bu cür versiyanı yalnız fanatlar tanıya bilərlər. O, demək olar ki, dəyişməyib. Kosmetik dəyişikliyə asmadakı bəzi ştrixlər, LED optika və yeni rəng, disk və salon variantları daxildir.

Texniki cəhətdən isə yenilik kifayət qədərdir – 2017-ci il “GT” yeni mühərrik qamması ilə buraxılıb (3-cür benzin və 5-cür dizel). Bu sırada 330i və 340i modifikasiyaları (328i və 335i-ın əvəzinə) peyda olub ki, onlar 252 a.g. (350 Nm) olan 2-litrlik turbo “dördlük” və 326 a.g. (450 Nm) olan 3-litrlik turbo “altılıq”la təchiz olunub. Bundan başqa, dizel 325d də 224 a.g. və 450 Nm-ə malik olub.

Yeni “3-Series Gran Turismo” Avropada iyul ayından satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, 3-Series GT 03.06.2016

Şərhlər


AD