Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Torado-dan Lamborghini Aventador

“Novitec Torado” atelyesi “Lamborghini Aventador LP 750-4 Superveloce” üçün yeni tüninq-proqram təqdim edib. Şübhəsiz, aqressiv görünüşə malik olan avtomobil aerodinamik karbon asılqan ilə təchiz edilib ki, ona qabaq spoyler, yan ətəklər və arxa palçıq qoruyucu daxildir.

Superkar ventilyasiyalı kapot, yan güzgülər üçün karbon korpuslar və yan hava çıxıntıları ilə lovğalana bilər. Aqressiv staylinq-paket idman yayları ilə daha da enliləşdirilib və bu zaman klirens 3,3 sm daha azalıb.

“Superveloce” mərkəzi kilidli təkərlərlə təchiz edildiyinə görə “Novitec Torado” “Vossen” ilə birgə 20- və 21-düymlük nadir disklər hazırlayıblar. Təkərlər 72 müxtəlif rəngdə əlyetərlidir və “Pirelli P-Zero” şinləri ilə təchiz edilir.

Məhsuldarlığa gəldikdə, 6,5-litrlik V12 mühərrik yeni proqram təminatı və idman qaz buraxma sistemi alıb. Bu dəyişikliklər sayəsində mühərrik 786 a.g. və 737 Nm fırlanma anına malikdir (əlavə olaraq 38 a.g. və 47 Nm). Şirkət təkmilləşdirilmiş avtomobilin dinamikası barədə məlumat vermir, standart versiya isə 0-dan 100 km/saata 2,8 saniyəyə sürətlənir, maksimal sürət isə 349 km/saatdır.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Aventador, Novitec 01.06.2016

Şərhlər


AD