Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M4 xüsusi versiya alıb

“BMW” şirkəti kupe “M4”-ün “Competition Sport” adlı xüsusi versiyasını hazırlayıb. Avtomobil Madriddəki avtosalonda təqdim edilib. Yenilik alman brendinin model sırasında “M4 Coupe” və “M4 GTS” arasında yer alacaq. O, ilk vaxtlarda İspaniya bazarı üçün nəzərdə tutulub və cəmi 60 ədəd buraxılacaq. Avtomobilin qiyməti 132900 avrodan başlayacaq.

Kupe 6-silindrli 3,0-litrlik benzin mühərriklə təchiz edilib. O, 450 a.g.-ə malikdir ki, bu rəqəm standart versiyadan 25 a.g. çoxdur. Aqreqat 2-muftalı 7-pilləli sürət qutusu ilə birgə işləyir. İlkin məlumatlara görə, avtomobilin çəkisi 1590 kq-dan çox deyil. Yeniliyi qabaq spoyler, yan ətəklər, arxa diffuzor, 20-düymlük yüngüllehimli disklər və palçıq qoruyucu ilə təchiz ediblər. Kupenin banı karbon lifindən hazırlanıb.

“G-Power” tüninq-atelyesi aprel ayında kabriolet “BMW M4”-ün çox güclü versiyasını hazırlamışdı. Avtomobil 3,0-litrlik V6 benzin mühərriki ilə təchiz edilib. O, 600 a.g. və 700 Nm-ə malikdir. Bu cür mühərriki olan kabriolet 100 km/saata 3,7 saniyəyə sürətlənir, maksimal olaraq 320 km/saat sürət yığır. Avtomobil, həmçinin təkmilləşdirilmiş asılqan və 21-düymlük “G-Power Hurricane RR” diskləri ilə təchiz edilib. Paketin qiyməti 22332 avrodur.

AUTO.AZ



teqlər:
BMW, BMW M4 18.05.2016

Şərhlər


AD