Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Larte Design şirkətindən Lexus LX

Bir çox yolsuzluq avtomobillərindən fərqli olaraq, tam ölçülü “Lexus LX”-in öz rəqiblərindən fərqlənmək üçün yeni dizayn elementlərinə ehtiyacı yoxdur. İstənilən halda “LARTE Design” komandası bunun tam əksini düşünür və onların alman bölməsi bunu çox gözəl nümayiş etdirdi. Nəticədə çox maraqlı nümunə alındı: “LARTE Design” üslubunda hazırlanmış “LX” modeli. Bu model Almaniya və Yaponiya küçələri üçün ənənəvi olan dizayn elementləri alıb.

Banın böyük hissəsi, - qabaq və arxa bamperlərdən başlayaraq yan ətəklərə və disklərə qədər, - dəyişikliyə məruz qalıb. Standart dizaynda “Lexus LX”-in qabaq bamperi radiator barmaqlığını tamamlayır. Şəkildə göründüyü kimi, bunu “LARTE”-nin ustaları xüsusi qeyd etmək istəyiblər. Onlar barmaqlığın ətraflarında əlavə hava çıxıntıları, bumeranq şəkilli diodlu işıqlar quraşdırıblar.

Kənarlardakı əlavə barmaqlıqlar avtomobili vizual olaraq daha böyük enli edirlər, bamperin aşağı hissəsi isə küçə təəssüratı yaradır. Arxa hissə ilə bağlı da belə demək olar: “LARTE” bamperi daha çox idmansayağı və aqressiv etməyə çalışıb. Müştərilərə arxa bamper 3 müxtəlif dizaynla təklif edilir. Onların hər birinin mərkəzində “Formula-1” bolidləri kimi stop-siqnal var. Dizaynı ənənəvi olaraq yeni yüngül disklər tamamlayır ki, burada da müştəriyə seçim təklif edilir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX, Larte Design 17.05.2016

Şərhlər


AD