Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Huracan daha zəhmli oldu

“Lamborghini” şirkəti kupe “Huracan” üçün yeni ban asması təqdim etdi. O, superkara daha zəhmli görünüş verir. Staylinq-kit karbondan hazırlanıb və dəyəri 19 850 avrodur.

“Huracan” üçün asmaya yeni qabaq spoyler, karbon lifindən qabaq və arxa bamperlər, enli yan ətəklər və palçıq qoruyucu daxildir. “Lamborghini Huracan” 610 a.g. və 560 Nm fırlanma anı verən 5,2-litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Mühərrik 7-pilləli, iki muftalı “robot” sürət qutusu ilə birgə işləyir. Kupe 100 km/saatı 3,2 saniyəyə yığır, onun maksimal sürəti isə 325  km/saatdır.

Hazırda “Lamborghini” ekstremal modifikasiya – “Huracan –Superleggera” üzərində çalışır. Güman edilir ki, kupe yeni aerodinamik ban asması, gücləndirilmiş mühərrik və yürüş superkarı “Huracan GT3”-dən qaz buraxma sistemi alacaq.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 12.05.2016

Şərhlər


AD