Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda, 2 milyon Mazda6 istehsal edib

Mazda Motor korporasiyası fəxrlə bildirir ki, Mazda6 modelinin istehsalı 2 000 000 nümunəni keçib.

Kompaniya belə nəticəni əldə etmək üçün, 8 ildən bir az çox vaxt sərf etdi – 2 fevral, 2002-ci ildə yapon zavodunun konveyrindən bu modelin ilk  nümunəsi çıxdı. Yeni Zoom-Zoom cizgisində, ancaq Mazda3 modeli yığılma tempinə görə altıncı modeli üstələyir.

İndi, Mazda6-nın sedan, hetçbek və universal modelləri, üç ölkənin üç zavodunda – Yaponiya, ABŞ və Çində yığılır. 2010-cu il ərzində 164 000 avtomobil yığılmışdır ki, bu da keçən ilin göstəricisindən 50 % daha çoxdur.

Mazda6-nın birinci nəsli

2002-ci ilin fevral ayı: Yaponiyanın Hofu şəhərindəki zavodunda istehsala başlanıldı.
2002-ci lin may ayı: Avropa və Yaponiyada satışına başlanıldı.
2002-ci ilin oktyabr ayı: ABŞ-ın Miçiqan ştatındakı Auto Alliance International (AAI) zavodunda istehsala başlanıldı.
2003-cü ilin mart ayı: Çinin Çançun şəhərindəki FAW Car Co.,Ltd. (FCC) zavodunda istehsala başlanıldı.
2004-cü ilin mart ayı: AAI zavodunda hetçbek və universalların istehsalına başlanıldı.
2006-cı ilin fevral ayı: 1 milyon avtomobil istehsal olundu.

Mazda6-nın ikinci nəsli

2007-ci ilin avqust ayı: Yaponiyanın Hofu şəhərində zavodunda istehsala başlanıldı.
2007-ci ilin aktyabr ayı: Avropada satışına başlanıldı.
2008-ci ilin yanvar ayı: Yaponiyada satışına başlanıldı.
2008-ci ilin iyul ayı: AAI zavodunda amerika modifikasiyası modelinin istehsalına başlanıldı.
2009-cu ilin aprel ayı: FCC zavodunda çin modifikasiyası modelinin (Mazda6 Ruiyi) istehsalına başlanıldı.

Mənbə: drom.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Mazda, Mazda6 12.09.2010

Şərhlər


AD