Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai Elantra Sport 200 a.g. alıb

“Hyundai” şirkəti yeni sedan “Avante Sport”-u təqdim edib. Bu model digər bazarlarda “Elantra Sport” adı ilə satılacaq. Modelin debütü cari ilin noyabr ayında keçiriləcək ənənəvi SEMA tüninq sərgisində olacaq.

Avtomobil aerodinamik asma, yeni bamperlər, böyük havaçıxıntıları, diodlu optika, fərqli radiator barmaqlığı, yan ətəklər, spoyler və 18-düymlük təkər diskləri ilə təchiz edilir. Sedan, həmçinin çoxrıçaqlı arxa asılqan alıb.

Avtomobilin kapotu altında 1,6-litrlik benzin turbo mühərrik yerləşdirilib. O, 200 a.g.-ə malikdir və 6 pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Opsional olaraq 7-pilləli 2 muftalı robotlaşdırılmış sürət qutusu da əldə etmək olar. “Elantra Sport” 100 km/saata 8 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Elantra 06.05.2016

Şərhlər


AD