Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Bentayga daha güclü olacaq

“Bentley” şirkəti krossover “Bentayga”-nın “Speed” adlı yeni “yüklənmiş” modifikasiyasını hazırlayacaq. Bu barədə brendin baş direktoru Volfqanq Dürhaymer Pekində keçirilən avtosalonda jurnalistlərə müsahibə verərkən deyib.

Hazırda “Bentayga” 6,0-litrlik “W12” benzin mühərriklə təchiz edilir. O, 608 a.g. və 900 Nm fırlanma anına malikdir. Güman edilir ki, “Speed” standart versiyadan 50 a.g. daha güclü olacaq.

Yeniliyin dinamik xarakteristikası barədə hələlik məlumat verilmir. Adi “Bentayga” 100 km/saata 4 saniyəyə sürətlənir, maksimal sürət isə 301 km/saatdır.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Bentayga 05.05.2016

Şərhlər


AD