Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz yeni E-Class-ı uzunlaşdırıb

“Mercedes-Benz” şirkəti Pekində keçirilən avtosalona sedan “E-Class”-ın uzadılmış versiyasını gətirdi. Avtomobil yerli bazar üçün nəzərdə tutulub və başqa ölkələrdə satışa çıxarılmayacaq.

Brendin mətbuat xidmətinin məlumatına görə, uzadılmış “E-Class” Çində elə Çin üçün yığılmış avtomobildir. Avtomobil “Daimler” və “BAIC”-ın müştərək müəssisəsi olan “Beijing Benz Automotive” zavodunda yığılacaq.

Yeni “E-Class” standart versiyadan uzadılmış təkər bazası (+140 mm) və əlavə pəncərələrlə fərqlənir. Salonda yeni tam rəqəmsal cihazlar paneli, yığılıb-açılan mərkəzi dirsəkaltı, işıqlandırılmış əşya yeri və USB port peyda olub.

Bundan əlavə, sərnişinlər üçün sensorlu displey və smartfonlar üçün simsiz enerji yükləmə sistemi əlyetərlidir. Texniki xarakteristika barədə digər məlumatlar sirr olaraq qalır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class 30.04.2016

Şərhlər


AD