Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche Cayenne xüsusi versiya əldə etdi

“Porsche” şirkəti krossover “Cayenne”-in xüsusi versiyasını təqdim edib. “Platinum Edition” adlı modifikasiyada minimal dəyişiklik edilib və ona bəzi opsiyalar əlavə olunub. Avtomobil Avropada cari ilin sonlarında satışa çıxarılacaq. Onun qiyməti 74 352 avrodan başlayacaq.

Avtomobilin dizaynı parlaq qara əlavələrlə və 20-düymlük yeni təkər diskləri ilə seçilir. “Cayenne” arxa görünüş güzgülərinin avtomatik tündləşdirilməsi sistemi, parketmə zamanı yardımçı funksiya və sükan idarəçiliyinə kömək edən “Power Steering Plus” sistemi ilə təchiz edilir.

Krossoverin salonunda dəri və alkantara ilə işlənilmiş idman oturacaqlar, multimedia sistemi “Porsche Communication Management”, o cümlədən “Bose” audiosistem var.

Avtomobil Avropada 262 a.g. olan 3,0-litrlik V6 dizel mühərriki ilə satılacaq. Hibrid modifikasiyada əlyetərli olacaq. Bu modifikasiyaya 3,0-litrlik mühərrik və elektrik motoru daxildir.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 29.04.2016

Şərhlər


AD