Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hartge tüninq atelyesindən BMW X1

Hartge tüninq atelyesinin mütəxəssisləri yeni krossover BMW X1 üçün əlavələr dəsti hazırlayıblar.

Tüninq olunmuş X1-in xarici görünüşünü, 30 mm aşağı endirilmiş yol tutuşu,  poladdan olan idman çıxış sisteminin boruları və 20 düyümlük yüngüllehimli Classic 2 diskləri ilə ayırd etmək olar. Tünerlər salonda idman sayağı sükan, alüminium pedal və özünəməxsus velür həsirlər təklif edirlər.

Texniki əlavələr iki modifikasiyaya ayrılır. sDrive 18d versiyasında olan mühərrik, çip-tüninqin hesabına 169 a.g. və 350 Nm maksimal fırlanma tezliyi verir. Bu göstərici krossoverə 0-100 km/saat sürətini 8.1 saniyəyə (standart versiyadan 1.5 saniyə daha tezdir) əldə etməyə imkan verir, maksimal sürəti isə 217 km/saat təşkil edir.

BMW X1-in sDrive 20d, 2.0 litr həcmli mühərrikinin üzərində işlənilmiş versiyası 350 a.g və 415 Nm fırlanma tezliyi verir ki, bu da, bu güc vahidinin standart versiyasından 32 a.g. və 65 Nm daha çoxdur. Bu göstərici ilə X1, yerindən 100 km/saat sürətinə 6.9 saniyəyə çatır və 229 km/saat maksimal sürət göstərir.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
BMW, BMW X1, Hartge 12.09.2010

Şərhlər


AD