Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 7-Series-də xüsusi versiya istehsal etdi

Yadınızdan çıxmayıbsa, “BMW” bu il 100 illik yubileyini qeyd edir. Bu münasibətlə keçirilən adi bayram gecəsi ilə yanaşı, Bavariya avtomobil istehsalçısı konsept “Vision Next 100”-ü də təqdim edib.

“BMW” flaqman sedanının “BMW Individual 7-Series The Next 100 Years” adlı xüsusi versiyasını təqdim etdi. Bu avtomobildən cəmi 100 ədəd olacaq. Avtomobili Dinqolfinqdəki zavodda yığırlar. Onun yan dayaqlarında, boyunaltılarında və əlcək yerində “The Next 100 Years” emblemi, mərkəzi konsolda isə “100-dən 1-i” yazısı yapışdırılıb ki, bu da avtomobilin nadir olmasından xəbər verir.

Kiçik detallarla yanaşı, “7-Series Centennial” adi variantlardan nadir mavi rəngi, V-şəkilli milləri olan 20-düymlük təkər diskləri və salonunda ağ rəngli “Merino” dərisi ilə seçilir.

Bu xüsusi “yeddilik” aşağıdakı variantlarda əlyetərli olacaq:
“Individual 740Le iPerformance”, “Individual 740Le iPerformance xDrive”,
“Indidivual 750Li”, “Individual 750Li xDrive”, “Individual M760Li xDrive”.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series 27.04.2016

Şərhlər


AD