Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Top Car Mercedes GLE Coupe-ni təkmilləşdirib

Rusiyanın “Top Car” atelyesi krossover “Mercedes-Benz GLE Coupe 450 AMG” üçün hazırladığı “Inferno” adlı tüninq paketdən danışıb. Yolsuzluq avtomobili Cenevrə avtosalonunda debüt edib, lakin o vaxt yalnız ban təqdim edilmişdi – texniki işlər barədə məlumat verilməmişdi. İndi məlum oldu ki, 3-litrlik “altılığı” gücü 367-dən 454 a.g.-ə, 520 Nm fırlanma anı isə 643 Nm-ə qədər artırılıb.

Mühərrik 9-pilləli “avtomat”la birgə işləyir. Tüninq edilmiş krossoverin dinamik xarakteristikası barədə məlumat verilmir. Standart yolsuzluq avtomobili ilk “yüzlüyü” 5,7 saniyəyə yığır, maksimal sürət isə 250 km/saatda məhdudlaşdırılıb.

“GLE Coupe” üçün aerodinamik asma təklif edilir ki, ona fərqli bamperlər, radiator barmaqlığı, enliləşdirilmiş təkər arkaları, qabaq və arxa spoylerlər, o cümlədən arxa diffuzor daxildir.

Staylinq paketi həm karbon elementlərlə, həm də onlarsız sifariş etmək olar.

AUTO.AZ



Şərhlər


AD