Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi şirkəti iki modeli təkmilləşdirib

“Audi” şirkəti təkmilləşdirilmiş “A6” və “A7 Sportback” ailəsini təqdim etdi. Modellərin banının qabaq və arxa hissələrinin dizaynı bir qədər dəyişib, o cümlədən təchizat siyahıları genişlənib. Məsələn, “altılıqda” smartfonlar üçün simsiz enerji doldurma sistemi, yeni “Q7”-dəki kimi arxa oturacaq sərnişinləri üçün iki planşetli əyləncə sistemi var.

“Altılığın” xarici görünüşü demək olar ki, dəyişməyib – restaylinq olunmuş modeli yalnız üfüqi plankalarla və duman əleyhinə fənərlərdə parlaq qara rəngli çərçivələrlə tanımaq olar. Arxa hissədə yeni diffuzor peyda olub, “S line” paketli modifikasiyada isə radiator barmaqlığı qara haşiyə alıb.

Bundan əlavə, “A6” üçün  2 yeni ban rəngi əlavə edilib – “Matador red” və “Gotland green”. O, həmçinin yeni dizaynlı təkər diskləri, interyer üçün əlavə üzləmələr, dekorativ əlavələr alıb. İndi “MMI” multimediya sistemi “Apple Car Play” və “Android Auto”-nu dəstəkləyir.

Bütün “altılıqlar” üçün “Advanced package” paketi əlyetərlidir. Bu paketə yeni qəhvəyi rəng, 20-düymlük təkər diskləri, fəal arxa differensiallı tam öütürücü, gümüşü tikişləri olan qəhvəyi dəri ilə üzlənmiş idman oturacaqları, alüminium salon əlavələri və velürdən xalılar daxildir.

Təkmilləşdirilmiş  “Audi A6” və “Audi A7” –ni may ayında sifariş etmək mümkündür.

AUTO.AZ

javascript:void(0)



teqlər:
Audi, Audi A6, Audi A7 25.04.2016

Şərhlər


AD