Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Rolls-Royce Dawn

Almaniyanın “Mansory” tüninq atelyesi “Rolls-Royce Dawn” modeli üçün tamamlama proqramı təqdim edən ilk şirkətlərdən biridir. Böyük kabriolet aqressiv xarici görünüş və daha güclü mühərrik alıb.

“Dawn” yeni diodlu hərəkət işıqları, təkmilləşdirilmiş qabaq və arxa karbon spoyler, o cümlədən böyüdülmüş yan ətəklər alıb. Avtomobilin salonu karbon, pardaxlanmış alüminium və royal lakı ilə laklanmış ağacla işlənilib.

Yeni “Rolls-Royce Dawn” 6,6-litrlik 12-silindrli turbo mühərriklə təchiz edilib ki, o 740 a.g. və 1000 Nm-ə malikdir. Mühərrik 8-pilləli avtomat ZF sürət qutusu ilə birgə işləyir.

Kabriolet ilk yüzlüyü 4,5 saniyəyə yığır ki, bu da standart modeldən 0,4 saniyə tezdir. Maksimal sürət elektron göstəricidə 250-dən 285-ə qədər artırılıb. Hələlik qiymət barədə məlumat verilmir. “Rolls-Royce Dawn”-un baza variantı 330 min avroyadır.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Dawn, Mansory 23.04.2016

Şərhlər


AD