Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari F12berlinetta daha da güclənib

Almaniyanın “Novitec Rosso” atelyesi superkar “Ferrari F12berlinetta” üçün yeni tüninq-paket “N-Largo S” düzəldib. Kupe karbondan aerodinamik ban asması və daha güclü mühərrik alıb.

Bu materialdan bamperlər, yan ətəklər, damda spoyler, güzgü korpusları və arxa palçıq qoruyucu düzəldilib. Kupedə enli təkər arkaları, tündləşdirilmiş qabaq və arxa fənərlər peyda olub.

Yenilik 21- (qabaq) və 22-düymlük (arxa) alüminium disklər, “Pirelli P Zero” şinləri alıb. Superkarın yol səthi ilə arası da 40 mm azalıb. Buna baxmayaraq, tünerlər pnevmatik sistemi təklif edirlər ki, bu, sürücünün daha yaxşı park etməsi üçün klirensi qabaq oxda 80 mm artıra bilir.

Tüninq edilmiş “Berlinetta” 6,3-litrlik atmosferli V12 mühərriki ilə təchiz edilib ki, bu da ona 781 a.g., 721 Nm fırlanma anı verir. Mühərrik iki muftalı 7-pilləli “robot” sürət qutusu ilə birgə işləyir.

Mühərrikin gücləndirilməsinə idarəetmə blokunun yenidən proqramlaşdırılması və idman qaz buraxma sistemi sayəsində nail olunub. “Ferrari F12berlinetta N-Largo S” ilk yüzlüyü 3 saniyəyə yığa bilir (bu, adi “Berlinetta”dan 0,1 saniyə tezdir), maksimal sürəti isə 340 km/saatdan 350 km/saata qədər artırılıb.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari F12berlinetta, Novitec 22.04.2016

Şərhlər


AD