Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus tüninqində Mercedes G63 AMG

“Brabus” tüninq-atelyesi artıq uzun illərdir ki, “Mercedes” markasının avtomobillərinin təkmilləşdirilməsi ilə məşğuldur. Növbəti iş yolsuzluq avtomobili “G 63”-ün təkmilləşdirilməsi oldu. Qeyd edilməlidir ki, studiya adətən avtomobillərin qara rəngini dəyişmirdi, lakin bu dəfə yolsuzluq avtomobili “Crazy Color” sırasından sarı rəngə çalır. Bu rəng ötən ildən bəri təkmilləşdirilmiş “Gelandewagen”-lər üçün əlyetərlidir.

Avtomobil “Widestar” asması alıb. Buna karbon plastikdən hava çıxıntıları olan modernləşdirilmiş kapot, damda spoyler, enliləşdirilmiş kandarlar və orijinal dizaynlı 23-düymlük təkər diskləri daxildir. Salonda yenilik çox azdır – oturacaqlarda sarı tikişlər və kandarlarda “Brabus” bəzəkləri.

Eksteryerdən əlavə “Brabus” yolsuzluq avtomobili “Mercedes-AMG G 63”-ün texniki hissəsini də təkmilləşdirib. İndi onun V8 5,5 mühərriki 700 a.g., 960 Nm verir (əvvəl bu rəqəm 571 a.g., 760 Nm idi). Bunun sayəsində 2550 kiloqramlıq tam ötürücülü “Brabus 700 Widestar” yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir, maksimal sürət isə 240 km/saatdır.

AUTO.AZ

 



Şərhlər


AD