Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Continental GT daha da güclü olub

“Bentley” şirkəti “Continental GT Speed” adlı ən sürətli modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Onsuz da vəhşi olan bu superkar daha güclü və cəld olub.

2016-cı il “Bentley Continental GT Speed”-in kapotu altında elə həmin 6-litrlik, iki turbo kompressoru olan “W12” mühərriki dayanıb. Lakin aqreqat təkmilləşdirildikdən sonra ona 7 a.g. və 20 Nm əlavə edilib. İndi bu mühərrik dəqiqədə 2000-dən 5000 dövrə qədər diapazonda 642 a.g. və 840 Nm fırlanma anı verir.

Mühərrik əvvəlki kimi yenə də 8-pilləli avtomat ZF ilə işləyir və sürətlənməyə yenə də tam ötürücü sistem kömək edir. Nəticədə 100 km/saata sürətlənmə 0,1 saniyə daha tez – 4,1 saniyəyə həyata keçir. Maksimal sürət elə əvvəlki kimi 331 km/saatdır.

Bundan əlavə, təkmilləşdirilmiş “Bentley Continental GT Speed” üçün xüsusi versiya - “Black Edition” təklif edilir. Ona faraların və şüşələrin qara haşiyələri, qara və ya qırmızı əyləc supportları, o cümlədən 21-düymlük təkər diskləri daxildir.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 08.04.2016

Şərhlər


AD