Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Topcar tüninqində Mercedes GLE Coupe

Əgər standart görünüşü olan kupe-yolsuzluq avtomobili sizi çox da təəccübləndirmirsə, onda bu modelə “TOPCAR Inferno” tüninq dəsti ilə baxın. Bu dəst daha ciddi görkəm və enli ban verir. Enliləşdirilmiş qanadlar güclü yan ətəklərlə birləşdirilir, qabaq hissədə karbon kapot, aqressiv bamper və hava çıxıntıları var.

Əlavə ödəniş etməklə alıcılar salonda opsiyalar sifariş verə bilərlər: timsal dərisi, karbon işləmələr, ağac və hətta 24 karatlıq qızıl. Tünerin bildirdiyinə görə, interyerin və eksteryerin bütün komponentləri “GLE” modelinin bütün modifikasiyalarına uyğundur və banın çox hissəsi karbon lifindən hazırlanıb.

“Topcar”-ın, həmçinin güc paketləri də var. Bu paketlər “GLE 450”-ə əlavə 87 a.g. və 123 Nm verir. “GLE 63” üçün əlavə 125 a.g. və 149 Nm, “GLE 63 S” üçün isə əlavə 131 a.g. və 159 Nm nəzərdə tutulub.

AUTO.AZ



Şərhlər


AD