Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni konsept təqdim edib

“Hyundai”-ın lüks subbrendi olan “Genesis” Nyu-York avtosalonunda idman sedanının konseptini – “Genesis New-York Concept”-i təqdim edib. O, çox güman ki, “G70” adlanacaq gələcək modeldən xəbər verir.

“Genesis” brendinin rəhbəri Manfred Fitcerald “New York Concept”-i belə təsvir edib: “Bizim markanın dizaynının yüksək səviyyəsini nümayiş etdirən müasir konsept-kar”. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, konsept “Hyundai”-ın baş dizayneri Piter Şreyerin rəhbərliyi ilə hazırlanıb. Nəticədə isə uzun kapotu, xarakterik barmaqlığı, dəbli optikası olan çox cəlbedici avtomobil alınıb.

“Genesis New-York Concept” – bu, hibriddir. Konseptin güc qurğusu benzinlə işləyən 2,0-litrlik, 4-silindrli “GDi” mühərrikindən və elektrik mühərrikdən ibarətdir. Ümumi güc 245 a.g.-dür. O, arxa ötürücüyə, avtomat sürət qutusuna malikdir. Daha güclü variant da olacaq – 367 a.g. verən 3,3-litrlik V6.

İdman sedanı “G70”-in seriyalı variantının nə zaman buraxılacağı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, “Genesis” brendi 2020-ci ilə qədər model sırasını təkcə sedanla deyil, həmçinin orta ölçülü krossoverlər və böyük yolsuzluq avtomobilləri ilə genişləndirəcəyinə söz verib.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis 06.04.2016

Şərhlər


AD