Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Audi R8 damdan məhrum olub

Bu yaxınlarda Nyu-Yorkda başlayan avtosalonda 2017-ci model ilinə məxsus “Audi R8 Spyder” göstərilib. Bu hər mənada parlaqdır. Rəqəmlər belədir: həmin 5,2-litrlik atmosferli V10 540 a.g.-ə malikdir (“plus” versiyası 610-a çatar) və 7-pilləli sürət qutusu və tam ötürücü ilə birgə o, ilk yüzlüyə 3,6 saniyəyə sürətlənir (adi versiyadan 0,1 saniyə tez).

Maksimal sürət 318 km/saatdır. Parça damı 50 km/saat sürətdə 20 saniyəyə yığıb-açmaq olar. Dam bağlı olduqda belə arxa şüşəni açmaq olar. Sələfindən fərqli olaraq “Spyder”-in banı 50 faiz daha sərt olub, 100 kq daha yüngül alınıb. Düzdür, 1612 kq-lıq çəkidə üstü açıq variant ikiqapılıdan daha ağırdır.

AUTO.AZ

 

 



teqlər:
Audi, Audi R8 05.04.2016

Şərhlər


AD