Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln Navigator-un konsepti təqdim edilib

Konsept tam yeni “Navigator”-a məxsusdur və o, 2017-ci ildə buraxılacaq. Lakin “Lincoln” bəyan edir ki, seriyalı model fərqli qapılar alacaq. Digər tərəfdən, “Ford” bildirir ki, konseptin dizaynında olan bir çox hissələr yolsuzluq avtomobilinin seriyalı versiyasında da əksini tapacaq.

“Navigator”-un konsepti “Storm Blue” rəngində boyanıb, interyerdə isə açıq-mavi rəngdən və dəridən istifadə edilib. Oturacaqlar çox rahatdır və ümumilikdə, 30 istiqamət üzrə tənzimlənə bilər.

Avtomobilin əsas elementi arxa hissədə olan qarderobdur, əyləncəyə isə “high-end” səs sistemi – “Revel” cavabdehdir. “Lincoln Navigator Concept” 400 a.g. verən 3,5-litrlik biturbo “EcoBoost V6” mühərriki ilə təchiz edilib. Bu, “Navigator”-un gələcək nəslində təqdim ediləcək. Bu model 2018-ci ildə yeni şassi ilə buraxılacaq.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Navigator 04.04.2016

Şərhlər


AD