Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renntech-dən Mercedes-AMG GT S

“Mercedes-AMG GT S”-in hətta ən sadə variantı barədə belə pis danışmaq olmaz. O, əslində, GT-sinfində ən rahat və təsirli avtomobillərdən biridir.
Lakin hərdən daha böyük güc və görünüşdə cazibəyə ehtiyac duyulur.

Bu zaman isə “Renntech” atelyesinin işçiləri köməyə gəlirlər! “Renntech” ən son layihəsində “Mercedes-AMG GT S”-in ən güclü variantını hazırladı. Tüninqdən sonra yeni “GT S” 716 a.g. və 889 Nm fırlanma anına malik olub.

Bu, təkmilləşdirilmiş elektron idarəetmə bloku, 1-ci mərhələyə məxsus turbo yükləyicilər dəsti və 200-xanalıq idman katalizatorları olan yeni boru tənzimçiləri sayəsində mümkün olub.

Bu gücün tam istifadə edilməsi üçün “Renntech”, həmçinin yeni koylover-asılqan sistemi və bir sıra aerodinamik elementlər də quraşdırıb. Bu avtomobildə “Renntech”-in aerodinamik dəstinə qabaq splitter, yan kandarlar, qazburaxma boruları olan arxa diffuzor, DTM üslubunda tənzimlənən arxa palçıq qoruyucular daxildir.

Tüninqin son işi isə çox yüngül “Renntech 10” diskləri oldu. Onun tərkibinin 50 faizi titandan ibarətdir. Təkərlərin ölçüləri qabaq hissədə 20x10, arxa hissədə isə 20x12,5-dir.

AUTO.AZ



Şərhlər


AD