Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni Cadenza-nın sirrini açıb

Nyu-Yorkda yeni “Kia Cadenza” debüt edib (o elə “K7”-dir) – 2017-ci model ilinə məxsus dördqapılının interyeri və eksteryeri dəyişib, həmçinin o, 8-pilləli avtomat alıb.

Kosmetik cəhətdən bunu demək olar: burada demək olar ki, hər şey yenilənib. Böyük sedan fərqli optika, radiator barmaqlığı, yeni yan şüşələr, dəyişilmiş asma alıb. Z-şəkilli LED fənərləri və diodlu duman əleyhinə faraları xüsusi qeyd etmək lazımdır. Daxili dizaynda da dəyişiklik olub – yeni sükan, idarəetmə düymələri və s.

Texniki cəhətdən də danışmağa söz var. “Kia”-da diqqəti şassinin yenilənməsinə, qarşı müqavimət əmsalının aşağı salınmasına (0.28-ə qədər), o cümlədən sükan idarəetməsinin təkmilləşdirilməsinə çəkirlər. Yeni 8-diapazonlu sürət qutusu və 290-güclü 3,3-litrlik V6 da qeyd edilməlidir.
“Cadenza”-nın satışı 2017-ci ilin sonlarında başlayacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia Cadenza 31.03.2016

Şərhlər


AD