Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet Camaro ZL1 daha güclü olub

“Chevrolet” şirkəti “ZL1” adı altında sportkupe “Camaro”-nun daha güclü modifikasiyasını təqdim edib. Avtomobil cari ilin sonlarında satışa çıxarılacaq. Qiymət isə hələlik məlum deyil.

Yenilik daha aqressiv dizaynı ilə seçilir və böyük hava çıxıntıları olan bamperlərlə, kandarlarında aerodinamik ətəklərlə, baqaj qapısının üzərində spoylerlə təchiz edilib. Bundan əlavə, “Camaro ZL1”-də yeni kapot və idman qaz buraxma sistemi var.

Güclü “Camaro” 6,2-litrlik 640 a.g. verən “V8 LT4” benzin mühərriki ilə təchiz edilib. Mühərrik 6-pilləli “mexanika”, və ya 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Yenilik, həmçinin “Magnetic Ride” adaptiv asılqan, “Brembo” əyləc sistemi və elektron diferensial alıb.

“Chevrolet Camaro”-nun 6-cı nəslinin standart versiyası 4-silindrli 2,0-litrlik, 275 a.g. verən benzin turbo mühərrik ilə təchiz edilir. Baza mühərriki 6-pilləli mexaniki ya da 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. O, 100 km/saata müvafiq olaraq 5,4 və 5,5 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro, Camaro ZL1 29.03.2016

Şərhlər


AD