Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes GLC AMG versiyası alıb

“Mercedes-AMG” şirkəti krossover “GLC”-nin idman versiyasının sirrini açdı. O, “43 AMG” adı alıb. Avtomobil martın axırında Nyu-Yorkda keçiriləcək avtosalonda təqdim ediləcək. 2016-cı ilin sonlarında o, Avropada satışa çıxarılacaq. Qiymət hələlik məlum deyil.

Yenilik idman bamperləri, fərqli radiator barmaqlığı, splitter, 20-düymlük yüngül lehimli təkər diskləri, 4 borusu olan yeni qaz buraxma sistemi alıb. Avtomobilin salonunda yeni oturacaqlar və fərqli cihazlar paneli quraşdırılıb.

Krossoveri 3,0-litrlik benzin V6 mühərriki ilə təchiz ediblər. o, 362 a.g. verir. Aqreqat “9G-Tronic” sürət qutusu ilə birgə işləyir, 100 km/saata 4,8 saniyəyə sürətlənir. Maksimal sürəti elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb.

“GLC43 AMG” uyğunlaşdırılmış amortizatorları olan “AMG Ride Control” idman asması alıb, ona 3 tənzimləmə variantı daxildir: “Comfort”, “Sport” və “Sport Plus”. Sürücü üçün start-stop, təkmilləşdirilmiş əyləclər və mühərrikin işinə, sürət qutusuna, sükan idarəçiliyinə və asmaya nəzarət edən “AMG Dynamic Select” sistemi əlyetərlidir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLC, AMG 28.03.2016

Şərhlər


AD