Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

JE Design tüninqində Audi SQ7

“JE Design” tüninq-atelyesi “Audi Q7”-nin ikinci nəsli üçün yeni enli aerodinamik asma və s. maraqlı əlavələr təqdim edib. Tünerlərin “Audi Q7”-nin ilk nəslinə bəslədikləri marağı nəzərə alaraq, demək olar ki, ikinci nəsil də onların diqqətindən kənarda qalmayacaq. Bu tünerlərin sırasına “JE Design” atelyesi də qoşulub. O, yalnız “S Line” və “SQ7” modelləri üçün nəzərdə tutulan enli aerodinamik asma təqdim edib.

Mühərrik təkmilləşdirilməmiş tüninq proqramını tamamlanmış hesab etmək olmaz. Buna görə də tünerlər 3,0-litrlik turbodizelin üzərində bir qədər işləyiblər. Baza variantında o, 272 a.g. və maksimum 600 Nm fırlanma anı verirdi. “JE Design”-ın mütəxəssislərinin sayəsində isə bu göstəricilərə  54 a.g. və 85 Nm əlavə edilib. Beləliklə, ümumi 326 a.g. və 685 Nm.

Hazırda yeni “4.0 TDI V8”-in də tüninqi hazırlanır. O, 435 a.g. verir, lakin “JE Design” söz verib ki, bu rəqəmi 522-ə, maksimal sürəti isə 900 Nm-ə çatdıracaq.

Tüninq olunmuş “SQ7” 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saat (elektronika ilə məhdudlaşdırılıb) təşkil edir.

AUTO.AZ



teqlər:
Audi, Audi Q7, JE Design 18.03.2016

Şərhlər


AD