Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

FAB Design-dan Mercedes-AMG GT S

“FAB Design” həqiqətən maraqlı görünən yeni tüninq-layihələrin sirrini açmağa başlayıb. “Mercedes-AMG GT S AREION” layihəsi bizim görə biləcəyimiz ən gözəl layihələrdən biridir.

Adından da məlum olduğu kimi, “AREION” füsunkar “Mercedes-AMG GT S”-in bazasında yığılıb. “FAB Design” almanların idman kupesini görürərək onu təkmilləşdirib və daha orijinal xarici görünüş yarada bilib.

Qabaq bamper kupeyə gözəllik verməkdən başqa, onun mühərrikini soyudacaq enli təkər arkaları, hava çıxıntıları alaraq daha enli və aqressiv alınıb. Çılğın görünüşü yan ətəklər də vurğulayır.

“Əzələli” bandan başqa FAB mühəndisləri ən yaxşı mümkün texnologiyalardan istifadə edərək mühərrikin məhsuldarlığını artırıblar. Mühərrikdə aparılan təkmilləşdirmə nəticəsində biturbo V8 700 a.g. və 1025 Nm fırlanma anı verir.

AUTO.AZ



Şərhlər


AD