Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi Q7 çılğın versiya alıb

Cenevrədən gələn xəbərlərlə yanaşı, İnqolştadtdan da gözəl məlumat aldıq. Burada “Audi” gücləndirilmiş kross “Q7” təqdim edib. “SQ7” versiyası üçqat turbo yükləyicili, dizel V8 alıb. Şirkətdən bildirirlər ki, bu, bazarda ən güclü dizel ilə işləyən SUV olmalıdır.

“Q” 4-litrlik TDI, ikili turbin və elektrik yükləyici ilə təchiz edilib. “EPC”-ə 48-voltluq tökmə-ionlu elektrik şəbəkəsi daxildir ki, bu batareya baqajın altında yerləşir. Yeni “S” 435 a.g. və 900 Nm fırlanma anına (dəqiqədə 1000 dövr ilə!) malikdir.

Kross 8-pilləli avtomat sürət qutusu ilə birgə yerindən 100 km/saata (əlbəttə ki, tam ötürücü və mərkəzi diferensial “Torsen” ilə birgə) 4.8 saniyəyə sürətlənir və maksimal olaraq 250 km/saat sürət yığır. “TDI”-ın daha yaxşı cəhəti də var – “Audi”-nin hesablamalarına görə, o, 100 km məsafəyə orta hesabla 7,4 litr yanacaq sərf edir.

Yeni “SQ7” 22-düymlük disklər, fəal arxa diferensial, elektrik-mexaniki sistem, uyğunlaşdırılan amortizator və pnevmo asma ilə təchiz edilib. Bundan əlavə, karbon-keramik əyləclər, 23 dinamiki olan “Bang & Olufsen” audiosistem, matritsalı optika və internetə çıxışı olan multimedia sistemi də var.

Çılğın “Audi SQ7” yazda satışa çıxarılacaq – minimum 90 min avro.

AUTO.AZ



teqlər:
Audi, Audi Q7 16.03.2016

Şərhlər


AD