Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Mulsanne-nı bir metr uzatdı

Uzun avtomobilin adı da uzun olmalıdır. Cenevrə avtosalonuna “Bentley Mulsanne Grand Limousine” gəldi – britaniyalı tünerlər “Mulliner” çox gözəl limuzin hazırlayıblar.

Bu çox gözəl model qabaritinin uzunluğu (6,5 metr, təkər bazasının uzunluğu barədə britaniyalılar bir söz deməyiblər) ilə seçilir, hündürlüyü isə 79 mm daha çox alınıb. İnteryerdən danışsaq bu, əlavə oturacaq sırası deməkdir – arxa hissədə oturacaqlar bir-birinə əks yerləşdirilib. Düşünürük ki, yalnız 2 oturacaqlı “VİP” model də buraxılacaq. Təqdimatdan əvvəl “Bentley”-dən bildiriblər ki, bu model yalnız sifarişlə istehsal ediləcək.

Salonda, əlbəttə, yığılan stollar, soyuducu və bakallar var. Burada xüsusi klimat qurğusu da var. Bəzəklər ən gözəl materiallardan hazırlanıb. “Bentley”-nin fəxri isə ağıllı şüşələrdir, onlar elektroxromdurlar. Bu şüşələrin şəffaflığını düyməyə basmaqla dəyişmək olar. Yeri gəlmişkən, “Mulsanne”-limuzin belə opsiyaya malik yeganə markadır.

Qiymətlər və daha ətraflı məlumat üçün rəsmi dillerlərə müraciət etmək lazımdır.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 15.03.2016

Şərhlər


AD