Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari 458 Italia enli asma alıb

İspaniyanın “Atarius Concept” atelyesinin tünerləri “Ferrari 458 Italia” üçün daha dolğun tüninq proqramı hazırlayıblar. Tünerlərin əsas istəyi “458”-i “Speciale”-dan daha çılğın etmək idi. Onlar bunun üçün nəzərə çarpan təkər arkaları və güclü bamperləri olan enli ban hazırlayıblar.

“458” üçün yeni bana, - bu, hamının xoşuna gəlməyə bilər, - yeni qabaq altlıq, enliləşdirilmiş yan ətəklər və “Speciale” üslubunda kapot daxildir. Həmçinin “çox aqressiv” arxa diffuzora və soyutmanı yaxşılaşdırmaq üçün əlavə ventilyasiya çıxıntılarına malikdir.

“Atarius Raptor 2” adlandırılmış yeni tüninq-paket, çox güman ki, çox təmtəraqlı görünür, lakin tüner deyir ki, “Ferrari”-nin orijinal dizayn dilinə hörmət edir. “458 Italia”-nın gözəl xarici görünüşü aşağı salınmış asma və çoxmilli 20-düymlük disklərlə uyğunlaşıb.

İnteryerin hələ ki, şəkilləri yoxdur.

AUTO.AZ



Şərhlər


AD