Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Almanlar Jaguar F-Pace-i təkmilləşdirəcəklər

“Jaguar F-Pace” modeli hələ satışa çıxmağa macal tapmamış, Almaniyanın tüninq-atelyesi “Lumma Design” artıq ingilis aristokratının tüninq variantını hazırladılar.

Tüninq-paket yaxşı tanınan “CLR” adı alıb. Bu ad “Lumma Design”-ın digər layihələrindən məlumdur. Bu, o deməkdir ki, avtomobil əsaslı şəkildə təkmilləşdiriləcək. “Jaguar F-Pace” yeni kapot, qabaq və arxa bamperlər, diffuzor, enli təkər arkaları, kandarlar və beşinci qapı üzərində spoyler alıb. Müştərinin istəyinə uyğun olaraq, avtomobil ikirəngli bana malik ola bilər.

Enli arkalar heç də təsadüfi alınmayıb, belə ki, krossover 24-düymlük yüngül lehimli təkər diskləri, aşağı profilli şinlər (qabaqda 285/35 ZR24 və arxada 355/25 ZR24 ölçülü) alıb. Almanlar hələlik interyer barədə heç nə demirlər, lakin iddia edirlər ki, avtomobilin salonu fərqli dəridən, alkantaradan olan əlavələrdən və alüminiumdan ibarət olacaq.

Mühərrik də təkmilləşdiriləcək. Üç litrlik “altılığın” idarəetmə bloku yenidən proqramlaşdırılıb, idman qaz buraxma sistemi alıb. Bunun nəticəsində mühərrikin gücü 380-dan 480 a.g.-ə qədər artıb. Almanlar dinamik xarakteristika barədə də məlumat vermirlər.

AUTO.AZ



teqlər:
Jaguar.Jaguar F-Pace, Lumma Design 12.03.2016

Şərhlər


AD