Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

 

Cazsevərlər İbrahim üçün yığışır!

Bildiyiniz kimi, İstanbula imtahana gedərkən halı pisləşib xəstəxanaya yatırılan və Leykoz diaqnozu qoyulan İbrahim Fərhadlı hal-hazırda İstanbul “Acıbadem” xəstəxanasında müalicə alır (Ətraflı:https://goo.gl/boQrSm).

İbrahimin müalicəsi üçün tələb olunan məbləği yığmaq üçün könüllülər daha əvvəl xeyriyyə yarmarkaları keçiriblər. İbrahim üçün könüllülərin təşkil etdiyi növbəti tədbir xeyriyyə konsertidir.

“Milli Koloritli Jazz Gecəsi” alı ilə 18 martda saat 19:30-da keçiriləcək konsertə məşhur Jazz ifaçıları öz dəstəklərini göstərməyi borc biliblər. Nurlan Növrəsli, Arslan Növrəsli (caz qrupu ilə), Fərid və Aygün Əsgərovlar, Təranə Mahmudova, Salman Qəmbərov, Fərid Mayılov və Anar Keytarman (Yusifov), Mircavad Cəfərov və Cəngi Caz Qrupu, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsertdə iştirak edəcəklər.

Biletləri 070 201 2021 və ya 070 201 1587 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə və ya "Nizami" restoranından (Bülbül prospekti, 20) əldə edə bilərsiniz.



teqlər:
Jazz 10.03.2016

Şərhlər


AD