Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan yeni Mercedes-AMG C63 S

Cenevrə avtosalonunun tüninq-təqdimat bölməsinə “Brabus”-un hazırladığı yeni “AMG S” gəldi. Böyük təkərlər, çoxlu at gücü, karbon – bir sözlə, hər şey bizim sevdiyimiz kimidir.

“Mercedes-Benz”-lərlə məşğul olan atelyeyə “AMG”-nin  S variantı gəldi. Bu, 510 a.g., bir cüt turbini olan V8 və 0-dan 100km/saata 4 saniyə sürətlənmə deməkdir. Lakin görülən işlərdən sonra 4-litrlik aqreqat 650 a.g. və 820 Nm fırlanma anı verdi, ilk yüzlüyə isə “C 63 S” 3,9 saniyə sərf edir. Yeri gəlmişkən, məhdudlaşdırıcı da bir qədər genişləndirilib – maksimum 320 km/saat.

Bu gözəl rəqəmlərlə yanaşı, tünerlər asmaya karbon, bir sıra dizaynı olan 20-düymlük disklər (“Continental”, “Pirelli” və ya “Yokohama” şinləri ilə), o cümlədən yeni qaz buraxma sistemi, asılqanı idarəetmə də əlavə ediblər.

AUTO.AZ



Şərhlər


AD