Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce modelləri xüsusi versiyalar alıb

“Rolls-Royce” şirkəti sedan “Ghost” və kupe “Wraith”-ın xüsusi versiyalarını təqdim edib. Onların adlarında “Black Badge” adları var. Avtomobillərin interyeri və eksteryeri xüsusi qara işləmələr, karbon təkərlər alıb. “Ghost”-un gücünə, həmçinin 40 a.g. əlavə edilib.

Avtomobillərin rəngi “Black Badge Black” adlanır. Rəngin və lakın hər bir qatı əl ilə çəkilir. Britaniya şirkətində buna “avtomobil istehsalı tarixində ən dolğun qara rəng” deyirlər. Bundan əlavə, “Rolls-Royce” ikinci embleminin fonu (kapotda, yan və arxa tərəflərdə iki R hərfi) qara, radiator barmaqlığı, baqaj qapağı, hava çıxıntıları və qaz buraxma boruları tünd olub.

“Ghost” və “Wraith Black Badge”-in interyerlərində, həmçinin karbondan olan dekorativ əlavələrdən istifadə edilib, ventilyasiya barmaqlıqları xüsusi qara rəngə boyanıb, analoq saatlarda və oturacaqlarda sonsuzluq işarəsi var. Bu emblem “Rolls-Royce”-da ilk dəfə 2014-cü ildə peyda olub. O vaxt su üzərində sürət rekordu vurulduğuna görə xüsusi kabriolet versiyası olan “Phantom Drophead Coupe – Waterspeed” istehsal edilmişdi.

6,6-litrlik mühərrikə gəldikdə isə, “Ghost”-da onun gücü 603 a.g.-ə qədər artırılıb (fırlanma anı 780-dan 840 Nm-ə çatıb). “Wraith”-ın mühərriki əvvəlki kimi 623 a.g.-ə malikdir, lakin fırlanma anı 800-dən 870 a.g.-ə qədər artıb. Yeniliyin qiyməti və tirajı barədə məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD