Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes C-Class kabriolet olub

Yeni nəsil “C-Class” ailəsi rəsmən kabriolet ilə tamamlanıb – “Mercedes” Cenevrədə C-kabriolet təqdim etdi. Model yumşaq dam, ağıllı klimat-kontrol və çılğın C43 versiyası alıb.

Avtomobilin damı 20 saniyəyə açılır. Damın rəngini seçmək mümkündür. Sərnişinlərin rahatlığını təmin etmək üçün açıq dam rejiminə “AirCap” (qabaq çərçivədə səsin azaldılması üçün avtomatik günlük) və “AirScarf” (boyun hissəyə isti hava üfürmə) sistemləri cavabdehdir. Dam yığıldıqda baqajın tutumu 285 litr, bağlı olduqda isə 360 litrdir.

Yeni “C-kabriolet” üstü açıq vəziyyət üçün xüsusi rejim ilə təchiz edilib. Məsələn, sürücünün əllərini qızdıran sistem. İlk vaxtlar üçün ailəyə tam ötürücülü “Mercedes-AMG C 43”  başçılıq edəcək, o, 3,-litrlik 367-güclü “altılıq” ilə təchiz edilir (0-100 km/saata 4,8 saniyəyə sürətlənir).

Bir qədər sadə variantlar arasında benzinlə işləyən 241 a.g.-lü turbo “dördlük” və müvafiq olaraq 170 və 204 a.g.-ə malik 2,2-litrlik dizel mühərriklər var. Bütün hallarda 9-pilləli avtomat sürət qutusudur.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 05.03.2016

Şərhlər


AD