Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti yeni superkar təqdim edib

Cenevrə avtosalonunun və ümumiyyətlə, başlayan yazın əsas avtomobilinin sirri rəsmən açıldı – “Bugatti” “Veyron”-un əvəzedicisini təqdim etdi. Tanış olun, 1500-güclü “Chiron”, o 420 km/saata qədər sürətlənir.

Gözlənildiyi kimi, o, real olmayan “W16”-nı saxladı. Mühərrik nəzərəçarpan dəyişikliyə məruz qalıb – bu, yeni turbinlər (burada o, 4 ədəddir), 32 forsunkası olan yeni sistem, yeni titan buraxma sistemi və digər yeni elementlərdir. Düşünün, ikili muftası olan 7-pilləli robot (dünyada ən güclüdür) 1600 fırlanma anı verir. Bu, qabaq və arxa diferensialı bloklama imkanı olan tam ötürücü vasitəsilə 0-100 km/saatı 2,5 saniyəyə qət etmək deməkdir. “Chiron” 200 km/saatı 6,5 saniyəyə, 300-ü isə 13,6 saniyəyə yığır. Adi rejimdə (əlbəttə ki, əgər onun üçün belə rejim varsa) maksimal sürət 380 km/saatdır, lakin xüsusi açar (bu sistem “Veyron”da da var) bu göstəricini 420 km/saata çatdırır.

“Chiron” demək olar ki, tam karbondandır. Yeni “Bugatti”, həmçinin gözəl aerodinamika ilə tanınır – hələ ətraflardakı xüsusi elementlərə baxın. Sözsüz, 4 rejimli, idarəolunan palçıq qoruyucular da var. Döyüş şəraitində (tam sürət yığmaq istəyəndə) və aerodinamik əyləc lazım gəldikdə o, tam qalxır. Yeri gəlmişkən, hiperkarı qabaq və arxa hissədə olan 8-düymlük porşenli supportları olan karbon-keramik mexanizmlər dayandırır. Bura “Michelin”-də hazırlanmış xüsusi şinləri də əlavə edək. Onların ölçüləri müvafiq olaraq qabaq və arxa hissədə 285/30 R20 və 355/25 R21-dir.

Sonda elektronikanı və digər köməkçi aqreqatları idarə edən 5 rejimi qeyd edək: Lift, EB Auto, Autobahn, Handling və Top Speed. Seçilmiş variantlar ilə “Chiron”-un klirensi (yeri gəlmişkən, yolda bir sıra çətinliklər nəzərə alınıb), tam ötürücünün işi, pedala reaksiya, amortizatorların sərtliyi, sükan gücü və stabilizasiya sisteminin həssaslığı dəyişir.

“Bugatti” bu yeniliyi 500 ədəd buraxacaq və hər biri üçün 2,4 milyon avro istəyəcək. İstehsalat 2016-cı ilin payızında başlayacaq.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Chiron 02.03.2016

Şərhlər


AD