Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes С43 AMG Coupe-ni təqdim etdi

“Mercedes-Benz” şirkəti kupe C-klasın AMG modifikasiyasını təqdim edib. Model “Mercedes-AMG C 43 Coupe” adı alıb. Yeniliyi 3-litrlik benzin tvin-turbo V6 mühərriki ilə təchiz ediblər. O, 367 a.g. və 520 Nm fırlanma anına malikdir. Mühərrik 9-diapazonlu surət qutusu ilə birgə işləyir.

Bu güc qurğusu ilə sedan “Mercedes-Benz C 450 AMG” də təchiz edilir. Bu avtomobil bir qədər sonra “Mercedes-AMG C 43” adlandırılacaq. Dördqapılı yerindən 100 km/saata 4,9 saniyəyə, ikiqapılı isə 4,7 saniyəyə sürətlənir. Hər iki modelin maksimal sürəti elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb.

“Mercedes-AMG C 43 Coupe” standart versiyadan qabaq və arxa bamperlər, radiator barmaqlığı, əlavə lövhəciklər, o cümlədən 18-düymlük təkər diskləri ilə fərqlənir. Təkər disklərini əlavə pul ödəməklə 19-düymlük də sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class, AMG 01.03.2016

Şərhlər


AD