Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Callaway-dən Chevrolet Camaro SC610

Amerikanın “Chevrolet” idman avtomobillərinin təkmilləşdirilməsi ilə ixtisaslaşmış “Callaway” şirkəti yeni nəsil kupe “Camaro”-nun yenilənməsi üçün öz variantını hazırlayıb. “SC610” adı almış yeniliyi atelye Santa-Anada yerləşən müəssisəsində nümayiş etdirib.

Sportkar “SS” modifikasiyasının bazasında yığılıb, 455 a.g. verən 6,2-litrlik 8-silindrli mühərriklə təchiz edilib. Atelye avtomobildə mexaniki yükləyici quraşdırıb ki, “Callaway” onu güclü “Crovette”lər üçün hazırlayıb. Avtomobil, həmçinin üçqat interkuler, soyuq sıçratma sistemi ilə təchiz edilib və mühərrikinin idarəetmə bloku yenidən proqramlaşdırılıb. Mühərrik həm 6-pilləli mexaniki, həm də 8-diapazonlu avtomat sürət qutusu ilə birgə işləyə bilər.

“Səkkizliyin” gücü 610-a, maksimal fırlanma anı isə 826 Nm-ə qədər artıb. Sportkarın dinamik xarakteristikası barədə məlumat verilmir. Avtomat sürət qutusu olan “Camaro SS” baza variantında 100 km/saatı 4 saniyəyə yığır.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro, Callaway 29.02.2016

Şərhlər


AD