Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati ilk krossoverini təqdim edib

“Maserati” şirkəti tarixində birinci olacaq ilk krossoverinin sirrini açıb. “Levante” adı alan yenilik mart ayında Cenevrə avtosalonunda təqdim ediləcək. SUV-u “Fiat”-ın Turində olan zavodunda yığacaqlar.

Avtomobilin xarici görünüşü “Alfieri” konserninin üslubunda hazırlanıb. Krossover “Ghibli” üslubunda diodlu işıqlar, xrom işləmələri olan böyük radiator barmaqlığı alıb. Yenilik yalnız “Maserati”-nin detalları ilə yığılıb.

“Maserati”-nin ilk krossoverinin texniki xarakteristikası hələlik sirr olaraq saxlanılır.  Qeyri-rəsmi məlumatlara görə, avtomobil 3 mühərrik ilə təklif ediləcək. Birincisi, 335 a.g. və ya 424 a.g. verən V6, ikincisi 560 a.g. verən V8, üçüncüsü isə proqram təminatından asılı olaraq 250, 275 və ya 340 a.g. verəcək dizeldir.

Buraxılışdan bir qədər sonra isə “Levante” hibrid modifikasiyası ilə meydana gələcək. Belə versiya 2017-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Levante 26.02.2016

Şərhlər


AD