Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus tüninqində Mercedes G-Class

“Brabus”-dan olan bütün “Gelandewagen”-ləri bir sıraya yığsaq alınmış uzunluq Yer kürəsini ən azı iki dəfə  dövr edər. Bəlkə də belə deyil, lakin siz bizi başa düşdünüz. Ən məşhur tünerlər növbəti xüsusi “G”-ni düzəltdilər – bu dəfə “G500” bazasında.

İlk növbədə artıq ənənəvi hal almış “Widebody” kostyumundan danışaq. Adından da göründüyü kimi, o, enli və ciddi görkəmlidir. Burada dəqiqliyi disklər də vurğulayır (seçim üçün 23-düymə qədər ölçülü disklər təklif edilir). Avtomobil LED işıqlar və çox az xrom elementlər alıb – mümkün olan hər şey qara rəngə boyanıb.

Yeni “Brabus” 500-güclü (710 Nm) ikili turbini olan “səkkizlik” (baza variantında olan “G500”dən 80 a.g. çox) və aktiv qapaqları olan qazburaxma alıb. Tüninq olunmuş “G” ilk yüzlüyə 5,7 saniyəyə sürətlənir, maksimal sürət isə 220 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD